15:02
756
Diplomatik korpusun nümayəndələrin azad edilmiş ərazilərə səfəri burada aparılan bərpa-quruculuq işləri tanış olmaq baxımından gözəl bir fürsətdir.
Bunu APA-nın Qarabağa ezam olunmuş əməkdaşına Türkiyə səfiri Birol Akgün deyib.
Diplomat Azərbaycanda səfir kimi fəaliyyətə başlayandan bəri artıq Qarabağa 10-cu dəfə səfər etdiyini bildirib.
“Əmin olun ki, hər səfərdə yeni bir inkişaf, dəyişiklik, bərpa fəaliyyətini müşahidə edirəm”, - səfir qeyd edib.
O, artıq Xocalıda, Xankəndidə bir sıra yerlərə baş çəkdiklərini vurğulayıb.
Birol Akgünün sözlərinə görə, Xankəndi şəhərinin hər tərəfində bir canlanma, yenilik var.
“Qarabağın bərpasının çox sürətlə aparılmasından sevinc hissi keçirir, qürur duyuruq”, - o əlavə edib.