25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
10 İyun 16:52
2 541
İbtidai təhsildə xüsusi yanaşmalar tətbiq edərək, tədrisin keyfiyyətini yüksəldə bilsək, bunun nəticələrini yaxın 10–15 il ərzində görəcəyik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
O bildirib ki, bu gün keçirilən sertifikatlaşdırma imtahanları da məhz ibtidai təhsilin keyfiyyətinin artırılmasına xidmət edir: “İbtidai təhsil güclü olarsa, gələcəkdə daha peşəkar hüquqşünaslarımız, müəllimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz olacaq. Çünki təhsildə əsas məsələ özüldür. Özül möhkəm olmayanda, onun üzərində nə qurursansa qur, dayanıqlı olmayacaq”.
Nazirin sözlərinə görə, bu gün uşaqlardan tez-tez “balım çatsa, həkim, çatmasa biologiya müəllimi, o da alınmasa, aqronom olacağam” kimi fikirlər eşidilir: “Təxminən otuz ildir davam edən bu yanaşma təhsil seçimlərini maraq və bacarıqlardan çox, toplana bilən bala bağlayır. Bu düşüncə dəyişmədiyi müddətdə ciddi irəliləyiş əldə etmək çətin olacaq. Bütün diqqəti topladığı bala və gələcəkdə hansı ixtisasa qəbul olacağına yönəlmiş uşağa nə qədər hüquq təhsili versən də, onun marağını və motivasiyasını formalaşdırmaq asan olmayacaq. Buna görə də yanaşmanı dəyişməliyik. Bu, uşağın günahı deyil, cəmiyyətin onun üzərinə qoyduğu yükdür”.
26 İyul 16:14
1 141
26 İyul 13:45
798
26 İyul 13:44
875