Ruhani İranı xarabaya bənzədib Güney Azərbaycan

Ruhani İranı xarabaya bənzədib

İran prezidenti Həsən Ruhani bildirib ki, son 8 ildə xarabaya çevrilmiş binanın bir neçə ayda yenidən düzəldilməsi mümkün deyil: "Lakin ümid yeri var, hələlik biz dağıntıları aradan qaldırmağa çalışırıq".
Nazirlər Kabinetinin Novruz bayramı tətillərindən sonrakı ilk iclasında çıxış edən prezident Həsən Ruhani bilirib ki, İran iqtisadiyyatında son 7 ay ərzində sabitlik və sakitlik yaranıb. Onun sözlərinə görə, xalq əmin olmalıdır ki, ani qərarlar verilməyəcək, məntiqsiz və qanuna zidd işlər aparılmayacaq. Ruhani bildirib ki, hökumətin əsas vaxtı iqtisadi sahəyə sərf olunur.
Qeyd edək ki, Ruhaninin prezidentliyi dönəmində İran iqtisadiyyatında inflyasiya səviyyəsi 40 faizdən çox olub. Bunun səbəbi isə Əhmədinejad hakimiyyətinin səriştəsiz iqtisadi qərarları və Qərb ölkələrinin İrana qarşı sanksiyaları olub. Ruhani prezident vəzifəsinin icrasına başalayan zaman neftin satışı 50 faizdən çox azalmış və neftdən əldə olunan pulların İrana qaytarılması çətinləşdirilmişdi. Ruhanininn verdiyi vədlərə görə, bu il inflyasiyanın səviyyəsi 25 faizə qədər azalacaq.