İran XİN: Əli Xameneyi ilə vida mərasimində 100 ölkənin nümayəndəsi iştirak edəcək
İran hərbi rəhbərliyi Xameneyi ilə vida günlərində ABŞ və İsrailə xəbərdarlıq edib
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanına daxil olmağa cəhd edib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
6 Dekabr 2022 09:44
4 942
Dekabrın 5-də Tehran İnqilab Məhkəməsinin 54-cü şöbəsində Evin zindanında saxlanılan azərbaycanlı mədəni fəal Əkbər Nəiminin məhkəmə iclası keçirilib.
Mədəni fəalın qardaşı Abbas Nəimi öz İnstaqram səhifəsində Ali Məhkəmənin Əkbər Nəimi barəsində çıxardığı hökmün pozulmasından sonra milli fəalın vəkilləri Məhəmmədrza Fəqihi və Zəhra Minuyinin iştirakı ilə keçirildiyini yazıb.
Bundan bir müddət əvvəl İran Ali Məhkəməsi yeni qərar çıxararaq Evin zindanının 3-cü bölməsinin 4-cü bəndində saxlanılan mədəni fəalın 8 illik həbs cəzası ləğv edilməsi barədə qərar verib.
Ancaq buna baxmayaraq, Tehran Apellyasiya Məhkəməsinin 54-cü bölməsi qanunsuz hərəkət edərək Nəminin girov qarşılığında sərbəst buraxılmasına icazə vermir.
Əkbər Nəiminin vəkilinin 16 iyul tarixindən bu günə kimi Apellyasiya Məhkəməsinə onlarla dəfə müraciətinə cavab olaraq, onun dosiyesinin itdiyi deyilib.
Son olaraq isə vəkilə Nəiminin sərbəst buraxılmayacağı və onun Evin zindanında yenidən mühakimə olunana qədər həbsdə saxlanılacağı bildirilib.
Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib. Məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.
O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq" ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.
Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.
Gunaz.tv
1 İyul 12:06
1 393
1 İyul 12:05
1 589
24 İyun 12:12
3 731