22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
26 Fevral 2024 16:53
6 881
Qərbi Azərbaycan əyalətindən olan mədəni, ictimai və siyasi fəalların təmsil olunduğu "Urmu Birlik Səsi" koalisiyası martın 1-də İranda keçiriləcək XII çağırış parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
Gunaz.tv
Bəyanatla bağlı Güney Azərbaycan sosial media şəbəkəsində paylaşımlar edilib.
Bəyanat müəllifləri qarşıdakı seçkidə Urmudan olan azərbaycanlı namizədlər Ruhullah Həzrətpur, Seyid Salman Zakir və Hüseyn Hacı Nəbini dəstəklədiklərini qeyd ediblər.
Fəallar Qərbi Azərbaycan əyalətinin həssas vəziyyətinin nəzərə alınmasını deyib, Azərbaycana qarşı torpaq iddialarınıın qarşısının alınması üçün birgə hərəkət etməyin vacibliyini bildiriblər.
"Qərbi Azərbaycanın vəziyyəti o qədər həssasdır ki, bəzi siyasi və ictimai hadisələrə, o cümlədən yerli seçkilərə məhəl qoymamaq bir çox mənfi nəticələrə səbəb ola bilər. Bölgədəki terror cərəyanına bağlı ekstremistlər və Azərbaycanı bütün maddi-mənəvi sərvətləri ilə birlikdə məhv etmək istəyən düşüncənin qaynağı eynidir, hər ikisi Azərbaycan xalqının düşməni hesab edilir.
Koalisiya üzvləri ölkədə keçirilən seçkilərin mexanizmi və formasına tənqidlərinin olduğunu, bütün siyasi-ictimai düşüncələrin, ölkədəki cərəyanların iştirakına zəmin yaradılmadığını qeyd ediblər.
"Buna baxmayaraq, anti-Azərbaycan və qərəzli ekstremist ideyaların daşıyıcılarına zərərli istəklərini genişlənmək imkanı verilməmək üçün seçkilər həmişə Qərbi Azərbaycandan olan milli hərəkat nümayəndələrinin diqqət mərkəzində olub",- bəyanatda vurğulanıb.
18 Dekabr 19:45
3 010
18 Dekabr 11:03
3 206
17 Dekabr 11:25
3 647