11:12
126
Noyabrın 16-da İran Telekommunikasiya Şirkətinin Həmədan şəhərindəki təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu haqda "İlna" məlumat yayıb.
Onlar təqaüd haqlarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Təqaüdçülər həmçinin əmək haqqının tənzimlənməsinin üçüncü mərhələsinin həyata keçirilməsini, 89.24 saylı Məşğulluq Qaydalarının tətbiqini, ərzaq müavinətinin yenilənməsini və əlavə sığorta problemlərinin həllini istəyiblər.
Təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.
11:13
140
12 Noyabr 12:39
2 289
4 Noyabr 12:28
4 837