11:13
140
Binabın “Səhənd” elektrik stansiyasında qazın kəsilməsindən sonra mazut yandırılır; tüstü və çirklənmə bölgəni yenidən bürüyüb.
Güneydə Şərqi Azərbaycan əyalətində yerləşən Binab şəhrində “Səhənd” elektrik stansiyasından yayılan tüstü və çirklənməni əks etdirən görüntülərin yayılması, stansiyanın fəaliyyəti nəticəsində yaranan hava çirklənməsi və ekoloji fəsadlarla bağlı narahatlıqları yenidən artırıb.
Görünür, qaz təchizatının dayandırılması və stansiyanın mazut yandırmağa başlaması bölgədə tüstü və çirkləndirici maddələrin yayılmasına səbəb olub. Çirkləndirici yanacaq növü olan mazutun yandırılması havanın keyfiyyətinə mənfi təsir göstərərək ətraf şəhərlərin sakinlərinin sağlamlığını təhlükə altına qoya bilər.
“Səhənd” elektrik stansiyasında mazut yandırılmasının davam etməsi, xüsusilə ilin soyuq aylarında və yanacağa tələbatın artdığı bir dövrdə, havanın daha da çirklənməsi, ətraf mühit və vətəndaşların sağlamlığı üçün yarana biləcək fəsadlarla bağlı narahatlıqları artırır.
11:12
126
12 Noyabr 12:39
2 289
4 Noyabr 12:28
4 837