Güneyli aktivist müalicəvi məzuniyyətlə təmin olunmur Güney Azərbaycan

Güneyli aktivist müalicəvi məzuniyyətlə təmin olunmur

Tehran şəhəri Evin Həbsxanasında həbs müddətini keçirən aktivist Əsğər Fərəci bel nahiyəsi onurğa sütununda xəstəlik və kəskin ağrılardan əziyyət çəkir.

Gunaz.tv

Aktivistin ailəsinin bildirməsinə əsasən dəfələrlə onun müalicəsi üçün müraciət ediblər. Lakin müvafiq orqanlar müalicəvi məzuniyyət verilməsinə qarşı çıxıblar.

Fərəci 2019-cu ildə İran hakimiyyəti təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Bir neçə ay sonra zəmanət qismində mülk sənədi qoyularaq açılmış iş barədə tədqiqatın bitirilməsinədək müvəqqəti azad olunub.

Əsğər Fərəci “respublikanın təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma, qanunsuz və sistemə qarşı qruplarda üzvlük, sistemin əleyhinə təbliğat fəaliyyətləri” ittihamları ilə cəmi 17 ilədək azadlıqdan məhrum etmə və 2 il müddətinə Cənubi Xorasan Əyaləti Dehsələm bölgəsinə sürgün cəzasına məhkum olunub. cəzasına məhkum olunub.

Tehran Əyaləti Apellyasiya Məhkəməsi 36-cı Şöbəsinin qərarı ilə onun həbs müddəti 5 ilə endirilib.