Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
10 İyun 2024 11:44
8 344
Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən güneyli işçi hərəkatı fəalı Rza Şəhabinin vəziyyətinin ağırlaşdığına görə xəstəxanaya köçürülüb.
Gunaz.tv
Bu barədə Tehran və Şəhərətrafı Avtobus İşçiləri Birliyi məlumat yayıb.
Polis nəzarətində Tehranın "İmam Xomeyni" xəstəxanasına köçürülən Rza Şəhabinin bel diski xəstəliyinin şiddətləndiyi üçün həkim nəzarətində müalicə olunması tövsiyə olunub.
Məlumatda azərbaycanlı fəalın bundan işgəncə edildiyi zaman aldığı ağır xəsarətlərə görə, yarım iflic vəziyyətə düşdüyü bildirilib.
Həkimlər Şəhabinin xəstəxana şərayitində müalicə və əməliyyat olunması barədə arayış təqdim ediblər.
İran məhkəmə sistemi isə Şəhabinin xəstəliyi ilə bağlı sənədlərin Tibbi Ekspertizaya göndərildiyini, araşdırmalardan sonra onun xəstəxanada qalıb-qalmaması ilə bağlı qərar veriləcəyini bildirib.
Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.
O, "hökumətə qarşı təbliğat" və "ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq"da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.
25 Sentyabr 17:18
1 029
22 Sentyabr 13:37
2 044
21 Sentyabr 10:47
2 331