29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
4 Fevral 2025 15:38
11 795
Təbriz, Üskü və Tufarqan şəhərlərinin İrann parlamentindəki nümayəndəsi Rza Sədiqi, "Traxtur" komandasına qarşı olanlara görə İranın idman və gənclər naziri Əhməd Dünyamalı ilə görüşüb.
Gunaz.tv
Bu barədə Təbriz mediası məlumat yayıb.
Tehranın "Perspolis" komandasının tərəfdarlarının "Traxtur" komandasının tərəfdarları və türklərə qarşı təhqirlərinə diqqət çəkən millət vəkili baş verənlərə görə nazirə etiraz edib.
Sədiqi, irqi zəmində verilən şüarların və səsləndirilən təhqirlərin qəbuledilməz olduğunu deyib, səbəbkarların əməlini pisləyib.
"Aidiyyəti orqanlar və vəzifəli şəxslər idman və mədəniyyət sahəsində belə halların yenidən baş verməməsi üçün hadisə səbəbkarlarını aşkar edib və cəzalandırmalıdırlar",- millət vəkili bildirib.
"Traxtur" komandasının ölkədə çox sayda insan tərəfindən sevildiyinə diqqət çəkən Sədiqi, Təbriz təmsilçisinin tərəfdarlarının nəzakət və nizam-intizama görə nümunə olduqlarını söyləyib.
Qeyd edək ki, Təbrizin "Traxtur" komandası ilə Tehranın "Perspolis" komandası yanvarın 26-da yerli vaxtla saat 15:00-da Tehranın "Azadi" stadionunda qarşılaşıblar.
Gərgin şəraitdə keçən oyun zamanı tehranlı azarkeşlər davamlı olaraq "Traxtur" komandasının oyunçuları və azərbaycanlılara qarşı təhqiramiz və irqçi şüarlar səsləndiriblər.
Onlar meydana yad cisimlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.
"Traxtur" Klubu hadisə ilə bağlı İran Futbol Federasiyasına və məhkəməyə şikayət edib.
28 Avqust 10:48
1 645
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 695