27 İyun 2019 15:15
10 066
Tehranın Evin zindanında 3 illik məhkumluq dövrünü başa vuran azərbaycanlı fəal Siyamək Mirzayiyə qarşı yeni saxta ittihamlar irəli sürülüb.
Həbsxana məsulları Mirzayinin azadlığa çıxmaması üçün ona qarşı yenidən “dövlət əleyhinə təbliğat” ittihamı irəli sürüblər. İyunun 26-da Evin zindanının 6 saylı Məhkəməsində o, bu ittihamla yenidən həbsə məhkum edilib. Ədliyyə müstəntiqi fəalın şərti azadlığa çıxması üçün 30 milyon tümənlik mülki girov qərarı verib.
Müstəntiq tərəfindən Mirzayiyə ittihamların “sübutlar”ı kimi onun həbsxanada Abbas Lisani ilə əlaqə saxlaması və aclıq aksiyası keçirməsi göstərilib.
Fəal bu ittihamları saxta və əsassız adlandırıb və bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.
1 Oktyabr 12:36
1 071
29 Sentyabr 10:53
1 526
29 Sentyabr 10:52
1 470