Azərbaycanlı millət vəkili: “Cənab Ruhani gələcək seçki kompaniyanızın pulları Urmu gölünün ölümü ilə təmin olunmamalıdır” Güney Azərbaycan

Azərbaycanlı millət vəkili: “Cənab Ruhani gələcək seçki kompaniyanızın pulları Urmu gölünün ölümü ilə təmin olunmamalıdır”

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili növbəti dəfə Urmu gölü böhranından danışıb.
Nadir Qazipur parlamendəki çıxışında deyib:
"Gözəl Urmu gölü qurudu. Cənab Ruhani başıvı qaldır. Nə üçün Urmu Gölünü Canlandırma Mərkəzi Tehranın Şərif universitetində qurulub?! 70 səhifəlik kağıza görə 60 milyard tümən pul götürdülər. Bu yarayarmı?! ALLAHdan qorxun və gələcək seçki kompaniyanızın pullarını Urmu gölünün ölümü hesabına təmin etməyin."
N.Qazipur Enerji naziri Çit Çianı da sərt tənqid edərək bildirib ki, "İranın şimal, şərq, qərb və cənubundan bütün millət vəkilləri içməli su qıtlığından danışır. Ona görə də, Enerji naziri parlamentə sorğu-suala (estizah) çağırılmalıdır. ALLAHdan qorxun, əhalinin dadına çatın!"
Qeyd edək ki, bölgəni bürüməkdə olan Urmu gölü böhranı uzun illərdir davam edir. Böhranla bağlı azərbaycanlılar bütün vasitələrdən istifadə edərək etiraz edirlər. Lakin İran rejimi bu günə qədər gölün nicatı ilə bağlı heç bir əməli addım atmayıb. Artıq gölün 96%-i quruyub.