Səid Mətinpur zindanın daha ağır şəraitdə olan bölümünə köçürülüb Güney Azərbaycan

Səid Mətinpur zindanın daha ağır şəraitdə olan bölümünə köçürülüb

Tehranın Evin zindanında məhbus həyatı yaşayan tanınmış siyasi məhbus, azərbaycanlı milli-mədəni fəal və jurnalist Səid Mətinpur həbsxananın daha ağır şəraitdə olan karantin (qərəntinə) bölümünə (bənd) intiqal edilib.
Məlumata görə, S.Mətinpur 26 məhbusla birlikdə mədəni fəallar və siyasi məhbuslara aid olan 350-ci bölümdən karantin bölümünə köçürülüb. Məlumatda deyilir ki, yeni qərara görə Evin zindanında siyasilərə məxsus bölüm ləğv ediləcək və məhz bu səbəbdən siyasi məhbuslar yeni bölümə intiqal edilib. Məhbusların köçürüldüyü bölümün ümumi vəziyyəti olduqca ağırdır və həmin bölümdə təhlükəli məhbuslar saxlanılır.
Qeyd edək ki, tanınmış azərbaycanlı fəal, siyasi məhbus S.Mətinpuur saxta ittihamlarla 8 il azadlıqdan məhrum edilib. O, 5 ildir məhbus həyatı yaşayır.