Urmiyədə daha bir “Pjak” terrorçu qruplaşmanın üyəsi tutuqlanıb Güney Azərbaycan

Urmiyədə daha bir “Pjak” terrorçu qruplaşmanın üyəsi tutuqlanıb

Güney Azərbaycanın qərb bölgəsində kürd terrorçularının sayı getdikcə artər.
Məlumat görə, Urmiyə şəhərində terrorçuluqda şübhəli bilinən daha bir mühacir kürd təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. "Pjak" terrorçu qruplaşmanın fəal üzvü kimi bildirilən Cəfər Mirzayi Urmiyənin inqilab məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.
Keçən günlərdə isə Salam Əhmədi, Keyvan Yusifnejad, Şivan Hacı Zobeyr və Dəlir Rəməzan İsmayıl adlı 4 nəfər iranlı və iraqlı kürd həmin ittihamla ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən Urmiyədə tutulmuşdur.
Xatırladaq ki, Güney Azərbaycanın bir çox tarixi ərazisi, xüsusi ilə Qərbi Azərbaycan Vilayəti (ostan) Uzun illərdir kürd terror qruplaşmalarının maraq dairəsindədir. Terrçular Azərbaycan torpaqlarına yiyələnmək üçün bütün vasitələrdən o cümlədən terror aktlarından istifadə edirlər. Onlar bölgəni kürdləşdirmək məqsədi ilə bütün güclərini səfərbər edib və böyük Kürdistan ideyasına xidmət edən fəaliyyətlərini müxtəlif istiqamətlərə yönəldiblər. Terror qruplaşmalarının yandaşları ticarətçi, öyrənci, dövlət məmurları və s. kimi adlar altında fəaliyyət göstərirlər. İran rejimi Qərbi Azərbaycanın kürdləşməsinə yaşıl işıq yandırsa da, azərbaycanlıların həssasiyyətini nəzərə alaraq, kürdlərin qıcıqlandırıcı hərəkətlərindən çəkinir.