Urmunun tarixi Dağ Əsgərabad qalası dağılmaq təhlükəsi ilə üz-üzədir Güney Azərbaycan

Urmunun tarixi Dağ Əsgərabad qalası dağılmaq təhlükəsi ilə üz-üzədir

Azərbaycan türklərinin müqavimət mərkəzlərindən sayılan tarixi “Dağ Əsgərabad” qalası İranın Mədəni İrs Təşkilatının laqeydliyi nəticəsində dağılmaq üzrədir.

Urmunun “Nazlı” bölgəsində yerləşən qala Avşar və Qacar hökumətləri dönəmində önəmli hərbi kazarma kimi istifadə olunub.

Qacarlar dönəmində qala cilovlar və köçəri kürd tayfalarının Qərbi Azərbaycanda hücumlarının qarşışısının alınmasında önəmli rol oynayıb. Şeyx Ubeydullahın başçılığı altında kürd silahlı dəstələri və cilovların hücumu zamanı bölgə əhalisi bu qaladan müqvimət mərkəzinin qərargahı kimi istifadə ediblər.

Dağ Əsgərabad qalası 15 noyabr 2008-ci il tarixində 23611 qeydiyyat nömrəsi ilə İranın tarixi abidələr siyahısına salınmasına baxmayaraq, Mədəni İrs Təşkilatının laqeydliyi nəticəsində bütünlüklə dağılmaq yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Image result for قلعه داغ عسگرآباد ارومیه

Dağ Əsgərabad qalası ölkədə içində hələdə yaşayış olan yeganə kənd qalası kimi məşhurdur.

Qeyd edək ki, son aylar Güney Azərbaycanın bir sıra bölgələrində, o cümlədən, Marağa, Zəncan, Təbriz, Tikantəpə, Qaradağ, Sarab və Culfada bir neçə tarixi abidə uçurdulub və ya baxımsızlıqdan dağılıb. İranın Mədəni İrs Nazirliyinin yerli şöbələri abidələrin qorunması və yenidən qurulması ilə bağlı azərbaycanlıların çox saylı müraciətlərinə cavab olaraq büdcələrinin olmadığını bildirirlər.

Gunaz.tv