Güneyli rejissorun çəkdiyi “Ekizlər” filmi Kanada festivalında: Ekran əsəri "Ən yaxşı film" mükafatına namizəddir Güney Azərbaycan

Güneyli rejissorun çəkdiyi “Ekizlər” filmi Kanada festivalında: Ekran əsəri "Ən yaxşı film" mükafatına namizəddir

Güney Azərbaycanlı kinematoqrafçıların çəkdiyi “Ekizlər” sənədli filmi Kanada film festivalının ən yaxşı film mükafatına namizəddir.

Urmu gölünün məhv olmasını əks etdirən sənədli filmin rejissoru və ssenari müəllifi Güney Azərbaycanın istedadlı kinematoqrafı Məhəmməd Alimuradidir.

Kanadanın Kubek ştatının film festivalında ən yaxşı film mükafatına namizəd olan sənədli filmdə Aral və Urmu göllərinin qurumasından, bu prosesin yaratdığı ekoloji fəlakətdən, ərazidə yaşayan əhalinin həyatında yaratdığı fəsadlardan bəhs edilir.

Film 2015-2020-ci illər arası Güney Azərbaycan və Qazaxıstanda çəkilib.

Məhəmməd Əlimuradinin filmi Qazaxıstan, İran, Azərbaycan və Fransada ətraf mühit festivallarında nümayiş etdirilib.

Sənədli film məzmununa görə ətraf mühit fəalları və ekoloqların ən çox diqqət göstərdikləri filmlər arasında yer alır.

Gunaz.tv