Messi Avropanın "Top 5" liqalarında qolların sayına görə Ronaldonu qabaqlayıb İdman

Messi Avropanın "Top 5" liqalarında qolların sayına görə Ronaldonu qabaqlayıb

PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatının 37-ci turunun "Strasburq"la oyununda qol vurub.

Trend xəbər verir ki, bu qolla argentinalı Avropanın "Top 5" liqalarında vurduğu qolların sayını 496-ya çatdıraraq hesabında 495 qol olan portuqaliyalı hücumçu Kriştiano Ronaldonu keçib. Messi bu mövsüm 16 qol vurub və 16 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ötən gün keçirilən PSJ - "Strasburq" matçı 1:1 hesabı ilə başa çatıb. PSJ çempionatın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisini 4 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib və tarixində 11-ci dəfə Fransa çempionu olub.