Ronaldo yeni rekorda imza atıb İdman

Ronaldo yeni rekorda imza atıb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldo rəsmi oyunlarda başla vurulan qollara görə rekorda imza atıb.

APA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
38 yaşlı hücumçu Tunisin “Monastir” klubu ilə Ərəb Çempionlar Klublar Kubokunun qrup mərhələsinin oyununda (4:1) başla 145-ci zərbəsini vuraraq rekorda imza atıb.

Bu göstəriciyə görə o, başı ilə 144 qol vuran Almaniya millisinin sabiq hücumçusu Gerd Mülleri keçib. Üçüncü yeri ispan Karlos Santillana (125) tutur.

Yanvarın 2-də o, ildə 200 milyon avro müqaviləyə əsasən "Əl-Nəsr"ə transfer olunub.

Ötən mövsüm “Əl-Nəsr” liqanı “Əl-İttihad”dan sonra ikinci yerdə tamamlayıb.