AFFA prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşdi - SİYAHI İdman

AFFA prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşdi - SİYAHI

AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Trend AFFA-ya istinadən xəbər verir ki, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.

Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

AFFA prezidentliyinə namizəd

1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən

AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən