Azərbaycan boksçuları “Qələbə Kuboku”nda yarımfinala yüksəlib İdman

Azərbaycan boksçuları “Qələbə Kuboku”nda yarımfinala yüksəlib

Rusiyada boks üzrə “Qələbə Kuboku”na start verilib.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.

Permdə keçirilən “Qələbə Kuboku”nda boksçularımızın rəqibləri “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə öz xeyrinə bitirib. 4 raunddan ibarət qarşılaşmalarda komandamızın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.