NATO-nun mobil təlim qrupu tərəfindən Bakıda məşğələ keçirilir
Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub
Ötən ay dövlət qurumlarına qarşı 49 kiberhücumun qarşısı alınıb
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək
7 İyul 22:15
4 249
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 24 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib.
ACF-dən Xalqcebhesi.az-a verilən məlumata görə, qurumlar qaydalara uyğun şəkildə tələb olunan sənədləri təqdim edib və müəyyən olunmuş meyarlar əsasında seçiliblər.
Təqdimat mərasimində ACF-nin idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti, əhəmiyyəti, klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə məlumat verib. Həmçinin onların suallarını ətraflı cavablandırıb.
Qeyd edək ki, bundan əvvəl ACF tərəfindən 178 klub və idman təşkilatına lisenziya təqdim olunub.