Azərbaycan atıcısı Estoniyada iki gümüş medal qazanıb İdman

Azərbaycan atıcısı Estoniyada iki gümüş medal qazanıb

Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda iki gümüş medal qazanıb.

Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, turnirin ilk günündə 25 metr məsafəyə sürətli atəş üzrə yarışda ikinci yeri tutub.

Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə Ruslan Lunyov ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib. O, yalnız Fransa təmsilçisi Teo Moczkoya məğlub olaraq ikinci gümüş medalı qazanıb.