Rusiya jurnalistlərin olduğu təyyarə Alyaskaya enib Dünya

Rusiya jurnalistlərin olduğu təyyarə Alyaskaya enib

“Rusiya” xüsusi uçuş dəstəsinin ikinci İl-96 təyyarəsi Ankoric şəhərinə eniş edib. Təyyarədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın sammitinə gedən Rusiya nümayəndə heyətinin bir hissəsi və jurnalistlər var.

Flightradar-ın məlumatına görə, təyyarə Alyaskanın Ankoric hava limanına enib. Bundan əvvəl, avqustun 14-də Moskva vaxtı ilə saat 17:40 radələrində daha bir xüsusi İl-96 təyyarəsi Ankoric şəhərinə eniş edib. TASS-ın məlumatına görə, o, Putin və Tramp arasında sammitə hazırlaşan qabaqcıl qruplardan birini daşıya bilərdi.

Cavid