Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
20 Oktyabr 2025 15:03
2 926
Xorvatiyalı FIFA referisi İqor Payaç UEFA turnirlərində Azərbaycan komandasının matçına ilk dəfə təyinat alıb.
"Report"un məlumatına görə, İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununu idarə edəcək hakim daha əvvəl ölkə təmsilçilərinin qarşılaşmasında iş başında olmayıb.
Bu, 40 yaşlı ədalət təmsilçisinin qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində (əvvəlki qrup mərhələsi) ilk görüşü kimi də tarixə düşəcək.
2018-ci ildən beynəlxalq təyinatlar alan Payaç indiyədək Avropa Liqasında əsas və təsnifat, Çempionlar Liqasında isə təsnifat matçlarında söz sahibi olub. O, Xorvatiya ilə yanaşı, Səudiyyə Ərəbistanı, Yunanıstan və Kipr çempionatının oyunlarını da idarə edib.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.