Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
20 Oktyabr 2025 15:13
2 919
Qanada cinayətkar qrup tərəfindən qaçırılan seneqallı futbolçu Şeyk Ture ölü tapılıb.
"Report" "De Telegraaf"a istinadən xəbər verir ki, 18 yaşlı oyunçu dələduzluq və şantajın qurbanı olub.
Cinayətkarlar ona peşəkar klublardan birində sınaqdan keçəcəyini vəd ediblər. Ehtimal olunur ki, oğurlanmış futbolçunun ailəsindən onun azad edilməsi üçün böyük məbləğdə pul tələb olunub.
Qana hakimiyyəti hazırda hadisənin dəqiq səbəbini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.