6 Yanvar 10:30
1 288
Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, "Fənərbağça" finala gedən yolda "Samsunspor"la üz-üzə gələcək.
Yeni Adana arenasında reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bu raundun ötən gün keçirilən ilk matçında "Qalatasaray" "Trabzonspor"a 4:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.
Final görüşü yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.
12:43
931
12:43
931
6 Yanvar 18:16
1 281