15:30
560
Belçika millisi 2026-cı il dünya çempionatında ciddi itki ilə üzləşib.
“The Athletic” xəbər verir ki, komandanın yarımmüdafiəçisi Amadu Onana zədələnib.
Futbolçunun dizində ön çarpaz bağı qopub.
“Aston Villa”nın 24 yaşlı futbolçusu 1/8 finalda ABŞ-a qarşı keçirilən matçda zədələnib. O, qarşılaşmanın 21-ci dəqiqəsində Hans Vanakenlə əvəzlənib.
Bu səbəbdən Onana dünya çempionatının qalan hissəsini buraxacaq.
Qeyd edək ki, Belçika ABŞ-a 4:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.