Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılır
Gürcüstan Baş Prokurorluğu Azərbaycan vətəndaşının qətli ilə bağlı ittiham irəli sürüb
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor üçün yeni güzəşt müəyyənləşir
Bakı-Tbilisi-Bakı qatarlarına əlavə 3 vaqon qoşulacaq, bu vaqonlar üçün biletlər daha ucuzdur
12:43
602
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir.
APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyi nəzərə alınmaqla verdiyi təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
13:25
308
13:20
350
13:09
427