14:01
896.jpg)
Ukrayna Ali Radasının deputatı Anna Skoroxod partlayış nəticəsində məhv edilən Vişnevedəki anbarda döyüş sursatları və Hava Hücumundan Müdafiə (HHM) raketlərinin saxlanıldığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.
"Vişnevedə Rusiya bizim anbarlarımızı vurdu. Mənim məlumatıma görə, orada həm döyüş sursatları, həm də HHM raketləri var idi - hamısı "Ukroboronprom"a və Ukrayna Müdafiə Nazirliyinə məxsus idi. Hər şeyi yaşayış binalarının arasında, bir yerdə saxlamağımıza görə kim cavab verəcək?" - deyə o, qeyd edib.
Kiyev yaxınlığında yerləşən Vişneve şəhərində güclü partlayış bir gün əvvəl baş verib. Radanın digər deputatı Maryana Bezüqlayanın daha sonra verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin zərbəsi nəticəsində döyüş sursatı anbarı məhv edilib, lakin o, orada saxlanılan hərbi əmlakın çeşidini dəqiqləşdirməyib.
Məryəm Quliyeva