Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq İdman

Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

-48 kq
Nərgiz Əhmədova
Gülgəz Musayeva

-52 kq

Aysun Məmmədova

-57 kq

Aytən Verdiyeva
Xədicə Qədəşova

Oğlanlar

-60 kq
Ayxan Mirzəzadə

-66 kq
Məhəmməd Musayev

-73 kq
Əbil Yusubov

-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov

-90 kq
Aslan Kotsoyev
Süleyman Şükürov

-100 kq
Davud Namazlı

+100 kq
Ramazan Əhmədov