Netanyahu: İranı var gücümüzlə vurmağa davam edirik
26 Mart 17:29
26 Mart 17:29
26 Mart 16:42
26 Mart 15:01
18 İyun 2019 13:02
1 414
İkinci Avropa Oyunlarının məşəli yarışların keçiriləcəyi Minsk şəhərinə çatıb.
Məşəli biatlon üzrə dördqat Olimpiya çempionu Darya Domraçeva, avarçəkmə üzrə Olimpiya çempionu Aleksandr Boqdanoviç və yüngül atletika üzrə dünya çempionu Marina Arzamasova məşəli Belarus paytaxtının mərkəzi meydanına çatdırıb.
Burada məşəl Minsk meri Anatoli Sivaka, Belarus Olimpiya Komitəsinin birinci vitse-prezidenti vəzifələrini icra edən Viktor Lukaşenkoya və idman və turizm naziri Sergey Kovalçuka təhvil verilib.
Qeyd edək ki, Avropa oyunlarının məşəli mayın 3-də İtaliyanın paytaxtı Romada yandırılıb, oradan Monblan zirvəsinə, Sloveniya, Avstriya, Macarıstan, Çexiya, Slovakiya və Polşaya keçib.
İkinci Avropa oyunları iyunun 21-dən iyulun 1-dək Minskin “Dinamo” stadionunda keçiriləcək.
26 Mart 12:39
1 190
25 Mart 16:33
1 519
25 Mart 14:06
1 582