19 Sentyabr 13:06
12:01
434
Azərbaycanlı cüdo hakimi Nazim Umbayev Bakıda keçiriləcək dünya çempionatına təyinat alıb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildirilib ki, ACF-nin hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim mundialda ədalət təmsilçilərindən biri olacaq.
Umbayev dünya çempionatında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda təşkil olunan mundialda hakimlər heyətində yer alıb.
Qeyd edək ki, Bakıdakı dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.
18 Sentyabr 19:57
1 547
18 Sentyabr 14:46
1 652
18 Sentyabr 14:46
1 694