25 İyul 2019 15:08
19 341
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan millisinin mövqeyi dəyişib. Nikola Yurçeviçin baş məşqçilik etdiyi kollektiv ötən ayla müqayisədə bir pillə irəliləyib.
Komanda hazırda Bəhreynlə eyni miqdarda - 1188 xalla 109-cu yerdədir. Bu irəliləyiş Zimbabvenin 3 pillə geriləməsi sayəsində gerçəkləşib.
Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən yalnız Slovakiyanın movqeyi dəyişməz qalıb. Komanda 1491 xalla 31-cidir.
14:03
581
12:38
623
22 Sentyabr 13:40
1 015