Kreml İstanbulda Rusiya-Ukrayna görüşünə dair xəbəri təsdiqləməyib
Hesablama Palatası və DVX arasında Anlaşma Memorandumu imzalanıb
Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib
FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb
Litva NATO-dan zenit qaçaqmalçılığı qrupu yaratmağı xahiş edib
1 Avqust 2019 14:03
19 985
Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Dandolk” klubunu 3:0 hesabı ilə məğlub edib.
APA-nın məlumatına görə, bu, Azərbaycan klublarının 2019/20 mövsümündə keçirilən avrokubok oyunlarında 3-cü böyükhesablı qələbəsidir.
“Qarabağ” mövsümdə ilk dəfə belə uğura imza atıbsa, digər iki darmadağına ölkənin ən köklü klubu “Neftçi” imza atıb. “Ağ-qaralar” Moldovanın “Speranta” klubunu hər iki matçda böyük hesabla yenib – 3:0, 6:0.
Bununla da Azərbaycan futbolu tarixində yeni rekord qeydə alınıb. Təmsilçilərimiz tarixdə ilk dəfə mövsümə üç belə qələbə qazanıblar.
İndiyədək ən yaxşı halda mövsümdə iki darmadağın qeydə alınıb. Buna 5 dəfə təsadüf olunub. 2011/12, 2012/13, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində komandalarımız iki dəfə rəqibini 3 və ya daha çox top fərqilə yenib.
Bu, həm də “Qarabağ”ın avrokuboklarda 10-cu böyükhesablı qələbəsidir. Ağdamlılar bu göstəricidə Azərbaycan rekordçusudur.
Ümumilikdə isə “Dandalk” üzərində qələbə Azərbaycan klublarının 17-ci belə uğuru olub. “Qarabağ”ın 10 qələbəsindən başqa “Neftçi” 3, “Keşlə” 2, “Şəmkir” və “Qəbələ” 1 dəfə bunu bacarıblar.