“ABŞ Rusiya üzərində qələbə əldə etmək şansını itirib” Dünya

“ABŞ Rusiya üzərində qələbə əldə etmək şansını itirib”

"Azərbaycan bütün türkdilli dövlətlər içərisində ən demokratikidir". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O ABŞ prezidenti Barak Obamanın Qazaxıstan prezidenti Nursultan Nazarbayevi ad günü münasibətilə təbrik etməsindən danışıb. "Azərbaycan da, Qazaxıstan da neft ölkəsidir, hər ikisi postsovet ölkəsidir" - deyən politoloq qeyd edib ki, hətta sovet dövründə Azərbaycan daha mütərəqqi inkişaf edib, fərq ondadır ki, Qazaxıstan üçün erməni faktoru yoxdur. Politoloq hesab edir ki, Azərbaycanla Qazaxıstan normaldır, Avrasiya İqtisadi İttifaqı məsələsində də Qazaxıstan Azərbaycanın mövqeyini dəstəkləyib.
"Bütün Qərb çalışır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməsin. Lakin Azərbaycan bu münaqişəni həll edəcək" – deyən Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycan itkilərin sayının minimum olmasının tərəfindədir. Politoloq regionda baş verən proseslərdən də danışıb. O qeyd edib ki, regionda vəziyyət gərginləşərsə, Azərbaycan bundan öz xeyrinə istifadə edə bilər: "Lakin Azərbaycandan asılı olmayan proseslər də var".
O, ABŞ-la Rusiya münasibətlərindən də danışıb. ABŞ Rusiya üzərində qələbə əldə etmək şansını itirib: "Hər gün NATO-ya üzv dövlətlər Pentaqona şikayət edir ki, Rusiya hərbi təyyarələri hava məkanımızda uçur. Bu böyük siyasi addımdır. Rusiya Avropanın sosial rifahının inkişafına son qoyacaq".
"İranla 6-lıq dövlətlərinin nüvə razılaşmasının imzalanacağına inansam da, ratifikasiya ediləcəyini düşünmürəm" – deyən M.Əhmədoğlu bildirib ki, danışıqların gizli dinlənilməsi prosesi göstərir ki, İran nüvə razılaşmasının əldə edilməsinin tərəfində deyil.
Politoloq hesab edir ki, Qərb İrana güzəştə gedir. Bunun səbəbi onu Rusiyaya qarşı çevirməkdir. Politoloq Ermənistan-Azərbaycan münasibətlərini də şərh edib. O qeyd edib ki, Ermənistan rəsmiləri, mətbuatı Avropa Oyunları barədə neqativ fikir səsləndirmədi: "Erməni mətbuatı bir dənə də olsun mənfi fikir yazmadı. Lakin mürtəce qüvvələrin təsiri altında olan xaricdəki erməni media orqanları Avropa Oyunları haqda neqativ fikirlər yazdılar". Politoloq hesab edir ki, bunun səbəbi onların Azərbaycanla Ermənistan arasında barışığın olmasını istəmir.

Əli