Qazaxıstanda yanvar iğtişaşları zamanı 230 nəfər həlak olub Dünya

Qazaxıstanda yanvar iğtişaşları zamanı 230 nəfər həlak olub

Qazaxıstanda yanvar ayında baş vermiş kütləvi iğtişaşlar zamanı ölənlərin sayı açıqlanıb.

APA TASS-a istinadən xəbər verir ki, Qazaxıstanın Baş prokuroru Berik Asılov bugün ölkə parlamenti Məclisində (aşağı palata) çıxışında deyib ki, yanvar hadisələri zamanı 230 nəfər həlak olub.
Onun sözlərinə görə, həyatını itirənlərdən 19 nəfəri hərbçi və təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

Baş prokuror bildirib ki, ən çox ölüm faktı Almatı şəhərində (139 nəfər) qeydə alınıb.

Berik Asılov əlavə edib ki, 20 nəfər təsadüfən atəş altına düşərək ölüb.

O qeyd edib ki, iğtişaşlar zamanı 3500-ə yaxın təhlükəsizlik işçisi də xəsarət alıb.