Kənddə çalışan müəllimlərin əməkhaqqılarına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək
Latviya gəminin kabel zədələməsi ilə bağlı şübhələri rədd edib
Azərbaycanda növbəti iki ildə bərpa olunan enerjiyə 3 mlrd. dollara yaxın vəsait cəlb olunacaq
İtaliya Aİ-ni Qrenlandiyanı ABŞ-ın iddialarından qorumağa çağırıb
28 Aprel 2022 09:03
4 557
Türkiyə İraqın şimalından gələn terror təhlükəsinə qarşı güzəştsiz mübarizəsini davam etdirəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, bildirib ki, Türkiyənin İraqın şimalında aprelin 18-dən həyata keçirdiyi “Pəncə Kilid” antiterror əməliyyatı zamanı PKK terror təşkilatının 60 silahlısı zərərsizləşdirilib.
Onun sözlərinə görə, əməliyyatda Türkiyə xüsusi təyinatlılarının hərbçiləri fəal rol oynayır.
Türkiyə Prezidenti qeyd edib ki, terrorçuların yerindən asılı olmayaraq xüsusi təyinatlılar o əraziyə daxil olacaqlar.
Xatırladaq ki, aprelin 18-nə keçən gecə Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Pençe Kilit" əməliyyatının başladığını elan edib.