“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
MİQ-ə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı açıqlanıb - CƏDVƏL
ING: Azərbaycanda manatın məzənnəsi 2028-ci ilə qədər sabit qalacaq
Buraxılış imtahanında 50 minə yaxın şagirdin iştirakı nəzərdə tutulur
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Azərbaycana gəlib
29 Aprel 2022 08:44
3 843
ABŞ Konqresinin Nümayəndələr Palatası cümə axşamı Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya "lend-liz" müqaviləsi ilə silah tədarükü haqqında qanun layihəsini təsdiqləyib.
Dinləmələr aşağı palatanın saytında canlı yayımlanıb.
Qanun layihəsinin lehinə 417, əleyhinə isə 10 konqresmen səs verib. Daha əvvəl, sənəd ABŞ Senatı tərəfindən təsdiqlənmişdir.
Qərarın qanuni qüvvəyə minməsi üçün prezident Co Bayden tərəfindən imzalanmalıdır.
Sənəd ABŞ prezidentinə mülki əhalinin müdafiəsi və digər məqsədlər üçün Ukrayna hökuməti ilə hərbi texnika və əmlakdan müvəqqəti istifadənin təmin edilməsinə dair sazişlər bağlamaq üçün daha böyük səlahiyyətlər verməyi nəzərdə tutur.
Dövlət başçısı qanun layihəsinin qəbulundan sonra 60 gündən gec olmayaraq bu silahların tədarükü üçün sürətləndirilmiş mexanizmlər yaratmalı olacaq.