BMT Talibanın əfqan qadınlarla bağlı yeni qərarından narahatdır Dünya

BMT Talibanın əfqan qadınlarla bağlı yeni qərarından narahatdır

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) Taliban nümayəndələrinin bütün qadınların üzlərini örtüb çölə çıxması və yalnız zəruri hallarda evlərini tərk etmələri barədə bəyanatından dərin narahatlığını ifadə edib.

BMT-nin mətbuat xidmətinin yaydığı bəyantda qeyd olunur ki, UNAMA bu qərarın tövsiyə deyil, onu ciddi şəkildə yerinə yetirilməsini şərtləndirən rəsmi qərardır.

Qurum bildirir ki, adıçəkilən qərar Talibanın bütün əfqanların, o cümlədən qadınların və qızların insan hüquqlarına hörmətlə bağlı çoxsaylı vədlərinə ziddir. Çünki hərəkat son on il ərzində aparılan müzakirə və danışıqlarda beynəlxalq ictimaiyyətə bu barədə vəd verib.

2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra Taliban qadınlara işdə, təhsildə və bütövlükdə cəmiyyətdə bərabər hüquqlar veriləcəyini vəd edərək, bu zəmanətləri bir daha təsdiqləmişdir.

UNAMA bu sərəncamın statusu ilə bağlı aydınlıq əldə etmək üçün dərhal Talibanla görüş tələb edəcək. Missiya rəhbərliyi həmçinin beynəlxalq ictimaiyyətin üzvləri ilə də bu qərarın nəticələri ilə bağlı məsləhətləşmələr aparacaq.