İran ölkəyə qarşı davam edən təhdidlərə sərt cavab verəcəyi ilə hədələyib
Leyla Əliyeva Maskatda Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri ilə görüşüb
HP Naxçıvanın 2026-cı il üzrə büdcə layihəsinin təhlilinə dair auditor hesabatı hazırlayıb
Kürdlər Hələbdə Suriya ordusunun mövqelərinə zərbələr endiriblər
17 May 2022 22:13
2 345
Ağ Ev Venesuelaya qarşı iqtisadi sanksiyaları yumşaltmağı, xüsusən də Amerikanın "Chevron" şirkətinin ölkədə işləmək üçün lisenziyasının uzadılmasına icazə verməyi planlaşdırır.
Bu barədə "Associated Press" agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib.
ABŞ hakimiyyəti bundan əvvəl Venesuela "PDVSA" dövlət neft şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Karlos Erik Malpika-Floresə qarşı fərdi sanksiyaları da ləğv etməyi planlaşdırır. Bildirilib ki, bu tədbirlər prezident Nikolas Maduro ilə Venesuela müxalifəti arasında danışıqları asanlaşdırmaq məqsədi daşıyır.
Bununla belə, "Chevron" Latın Amerikası ölkəsindən neft çıxarmaq və ixrac etmək hüququnu almayacaq.