Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
21 İyun 2022 08:44
2 548
Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlar davam edəcək və Madriddə keçiriləcək NATO sammiti bu baxımdan son nöqtə deyil.
Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən brifinqdə deyib.
"Daha əvvəl bildirdiyimiz kimi, (Madriddəki) NATO sammiti bizim üçün dönüş və ya yekun nöqtə deyil, ona görə də bu danışıqlar davam edəcək. Bu barədə Finlandiya və İsveçdən olan həmsöhbətlərimizə məlumat verdik".
O qeyd edib ki, Türkiyə İsveçdən PKK terror qruplaşmasının fəaliyyətinə qarşı konkret addımlar atmasını gözləyir. Eyni zamanda, mətbuat katibi əlavə edib ki, İsveç hakimiyyəti artıq bu istiqamətdə müəyyən bəyanatlar səsləndirib.
Türkiyə prezidentinin nümayəndəsi, həmçinin İsveç və Finlandiyanı öz ərazilərində PKK üçün hər hansı vəsaitin toplanması, terror təşkilatına yeni üzvlərin cəlb edilməsi, eləcə də onun Türkiyə əleyhinə fəaliyyət və təbliğatının qarşısını almağa çağırıb.
İ.Kalın Ankaranın Türkiyəyə qarşı birbaşa və ya dolayı silah embarqosunun ləğvi ilə bağlı gözləntilərini də xatırladıb.