“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
21 İyun 2022 21:25
3 094
Ölkələrin tək başına miqrant və qaçqın məsələlərini həll etməsi çətindir, bu məsələdə daha sıx əməkdaşlığa və birliyə ehtiyac var.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qlobal Parlament Konfransının bağlanış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkələr burada sadəcə maddi yardım ayırmaqla kiyafətlənməməli, həm də miqrantların yerləşmə məsələsində kvotaları artıraraq ədalətli bölgü aparmalıdır. M. Şentop qaçqın və miqrantlara qarşı ayrı-seçkiliyin də yolverilməz olduğunu vurğulayıb.
Türkiyə parlamentinin sədri qanunsuz miqrasiya və insan alveri ilə mübarizədə sərhəd təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini əlavə edərək, bir çox Qərb dövlətlərin miqrasiya problemində görməzdən gəldiklərini, ikili standartlar sərgilədiklərini qeyd edib.
30 Dekabr 18:03
1 155
30 Dekabr 17:54
1 050
30 Dekabr 16:38
1 106