25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
1 İyul 2022 11:02
3 171
Keçmiş dövlət katibi (1973-1977) və ABŞ-ın milli təhlükəsizlik müşaviri (1969-1975) Henri Kissincer Ukraynadakı münaqişənin üç yolla bitə biləcəyini bildirib. "Rusiya indi olduğu yerdə dayansa, o zaman Ukraynanın 20%-ni və əsas sənaye və kənd təsərrüfatı bölgəsi olan Donbasın böyük hissəsini və Qara dəniz sahilindəki torpaq hissəsini fəth edəcək. Və NATO-nun bu işdə rolu əvvəllər düşünüldüyü qədər əhəmiyyətli olmayacaq”, o Britaniyanın “The Spectator” jurnalına müsahibəsində bildirib. İkinci variant, onun fikrincə, Rusiyanı xüsusi əməliyyat başlamazdan əvvəl ilhaq etdiyi ərazilərdən, o cümlədən Krımdan “sıxıb çıxarmaq” cəhdidir. Kissincer deyib ki, əgər döyüşlər davam edərsə, “(Qərb üçün) öz riski Rusiya ilə müharibə vəziyyətində olacaq”. Üçüncü ssenari, diplomatın fikrincə, fevralın 24-nə qədər vəziyyətə qayıtmaqdır. Onun fikrincə, bu halda Ukrayna “yenidən silahlanacaq və NATO ilə sıx əlaqədə olacaq” və ya hətta alyansın üzvü olacaq. O, eyni zamanda, bu ssenarinin münaqişənin müəyyən müddətə dondurulmasını nəzərdə tutduğunu diqqətə çatdırıb.
Cavid
26 İyul 16:18
875
26 İyul 13:46
1 001
26 İyul 13:46
924