

ABŞ prezidenti Co Bayden ABŞ Senatının NATO-nun genişlənməsinə dair qətnamənin qəbul edilməsini alqışlayıb, Finlandiya və İsveçin alyansa qoşulması ilə bağlı sənədləri imzalayacağını bildirib.
Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Amerika liderinin yazılı açıqlamasında deyilib.
Məlumata əsasən, C.Bayden ABŞ Konqresinin yuxarı palatasında səsvermənin nəticələrini alqışlayaraq, NATO-nun genişlənməsinə dair bu protokolların Senat tərəfindən nəzərdən keçirilməsi prosesinin 1981-ci ildən bəri ən sürətli olduğuna diqqət çəkib:
"Finlandiya və İsveçin alyansa daxil olması NATO-nun kollektiv təhlükəsizliyini daha da gücləndirəcək və transatlantik tərəfdaşlığı dərinləşdirəcək. Mən İsveç və Finlandiyanın [NATO-ya] üzvlük protokollarını imzalamağı səbirsizliklə gözləyirəm".