Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti öldürülüb Dünya

Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti öldürülüb

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində quru qoşunarının zabiti Sərdar Əbülfəzl Əlicani Suriyada öldürülüb.

Bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Əlicani ərəb ölkəsində məsləhətçi missiyasını həyata keçirirdi. İnsidenin ötən gün səhər saatlarında baş verdiyi qeyd edilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.