Təbriz yaxınlığında baş verən zəlzələdə 300-ə yaxın şəxs yaralanıb Dünya

Təbriz yaxınlığında baş verən zəlzələdə 300-ə yaxın şəxs yaralanıb

Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində indiyədək 276 nəfər yaralanıb.

Trend-in məlumatna görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Xoy rayonu Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Muxtar Xəlili deyib.

Onun sözlərinə görə, yaralılardan 68 nəfər xəstəxanaya yerləşdirilib.

M.Xəlili deyib ki, zəlzələ nəticəsində ölüm qeydə alınmayıb. 200 evə ziyan dəyib.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında Təbriz şəhərindən 102 kilometr şimal-qərbdə 5,4 bal gücündə zəlzələ olub.