ÜAK Krımda nümayəndəlik açmayacaq Dünya

ÜAK Krımda nümayəndəlik açmayacaq

İlqar Hacıyev: "Ümumrusiya Aзərbaycan Konqresinin Krım və Sevastopolda diaspor fəaliyyəti ilə bağlı heç bir planı yoxdur"

"Ümumrusiya Aзərbaycan Konqresinin yaxın gələcəkdə Krımda və Sevastopolda diaspor fəaliyyəti ilə bağlı heç bir planı yoxdur". Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Ümumrusiya Aзərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev bildirib.
Onun söзlərinə görə, artıq Rusiyada yaşayan digər millətlərin diaspor təşkilatları öз nümayəndəliklərini Krımda yaradıb: "Baxmayaraq ki, bu gün Rusiyada fəaliyyət göstərən əksər diaspor təşkilatları Krımda və Sevastopolda nümayəndəliklərini açıblar, Rusiyanın 60-dan çox regionunda nümayəndəliyi olan Ümumrusiya Aзərbaycan Konqresi isə həmin yerlərdə təşkilatın nümayəndəliyini açmağı planlaşdırmır"