“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
28 Noyabr 2022 12:55
3 066
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı antiterror əməliyyatları davam edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda “Barış Pınarı” və “Zeytin Dalı” bölgələrində daha 14 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Fırat Kalkanı”, “Zeytin Dalı” və “Barış Pınarı” əməliyyatları çərçivəsində 6 il ərzində 16 min 913 terrorçu zərərsizləşdirib.