"Rəqiblərimiz uzunmüddətli planlar qururlar" Dünya

"Rəqiblərimiz uzunmüddətli planlar qururlar"

Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, ölkə hakimiyyəti Rusiya Federasiyası və Çinin hərəkətlərinə cavab olaraq beynəlxalq münasibətlərdə praqmatik yanaşmanı rəhbər tutacaq. "Xalq Cəbhəsi" Rusiya mediasına istinadən xəbər verir ki, baş nazir deyib:
"Bu gün geosiyasi dəyişikliklərin tempi sürətlənir. Rəqiblərimiz uzunmüddətli planlar qururlar". Eyni zamanda, o, Rusiyanın "BMT Nizamnaməsinin əsas prinsiplərinə zidd olduğunu", Çinin isə "dövlət hakimiyyətinin bütün rıçaqlarından istifadə edərək qlobal təsir üçün məqsədyönlü şəkildə mübarizə apardığını" müdafiə edib. "Bu çətinliklər qarşısında qısamüddətli planlaşdırma və ya xəyalpərəstlik kifayət deyil. Biz Soyuq Müharibədən gələn arqumentlərdən və ya yanaşmalardan, sadəcə keçmişə sentimental münasibətdən asılı ola bilmərik. Ona görə də biz təkamül sıçrayışı edəcəyik., - Britaniyanın baş naziri xarici siyasət mövzularında ilk böyük çıxışında deyib.

Cavid