"Saakaşvili ölsə, İvanişviliyə problem yaranacaq" Dünya

"Saakaşvili ölsə, İvanişviliyə problem yaranacaq"

"Ümid edirəm ki, prezident İvanişvilini inandırmaq üçün öz imkanlarından istifadə edəcək. Çünki Saakaşvilinin həbsxanada ölməsi ölkə üçün ciddi çağırış olmaqla yanaşı, İvanişvilinin özü üçün də ciddi problemlər yaradacaq".

Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə müxalif “Lelo” partiyasının deputatı Salome Samadaşvili deyib.

Onun sözlərinə görə, Prezident Salome Zurabişvilinin Polşaya səfəri çərçivəsində eks-prezident Mixail Saakaşvili məsələsinə də toxunulacaq.

Millət vəkilinin sözlərinə görə, məhkəmənin məhbusların həyatlarını xilas etmək üçün vaxtından əvvəl və ya müvəqqəti olaraq cəzadan azad edilməsi barədə qərar çıxarması presedentləri var, ona görə də ona aydın deyil ki, niyə Saakaşvilinin işi ilə bağlı oxşar qərar verilə bilməz:

"Mixail Saakaşvilinin vəziyyəti və həyatının bu gün təhlükə altında olması ölkəmiz üçün ciddi problem yaradır. Biz görürük ki, Gürcüstanın dost və tərəfdaş ölkələrinin Avropa Parlamentindən olan nümayəndələri bu problemə reaksiya verirlər. Moldova Prezidenti Maya Sandunun qiymətləndirməsini də eşitdik. Mən əminəm ki, Gürcüstan prezidenti ilə görüşdə Polşa tərəfi də bu mövzunu müzakirə edəcək".

Cavid